Sumqayıtda hava

Cəmiyyət

16 dərəcə isti olacaq (16.04.2015)

16 dərəcə isti olacaq (16.04.2015)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 12-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR