Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt təmsilçisi çempionatın gümüş medalını qazandı (FOTO)

Sumqayıt təmsilçisi çempionatın gümüş medalını qazandı (FOTO)


Şahmat məsələlərinin həlli üzrə sayca 36-cı Azərbaycan çempionatı keçirilib.

Respublika Şahmat Mərkəzində keçirilən çempionatda qələbə uğrunda 9 şəhəri təmsil edən 29 idmançı mübarizə aparıb.

Yarışda dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli - 20 dəqiqə, üçgedişli - 60 dəqiqə, etüdlər - 80 dəqiqə, çoxgedişli - 80 dəqiqə, yardımmat-50 dəqiqə, əks-mat - 50 dəqiqə) ümumilikdə 18 məsələ təqdim olunub. Düzgün həll edilmiş hər tapşırığa görə iştirakçılara 5 xal verilib.

Gərgin mübarizədə qaliblər yalnız sonuncu - 6-cı turdan sonra məlum olub.

Birinci yeri 90 mümkün xaldan 82,75 xal toplayan İsmayıllı şahmatçısı, beynəlxalq usta Ramil Cavadov tutub. O, bu nəticə ilə dördüncü dəfə çempion adını qazanıb. Yığmamızın daha bir üzvü, şahmat üzrə beynəlxalq usta, Sumqayıt təmsilçisi Misrəddin İsgəndərov 81,5 xalla gümüş, Qəbələ şahmatçısı, 15 dəfə ölkə çempionu olan, beynəlxalq usta Araz Alməmmədov isə 75 xalla bürünc medallara layiq görülüblər. Bakı şahmatçısı Rəşad Zeynallı 49,5 xalla dördüncü, Aqşin Məsimov isə 47 xalla beşinci olublar.

Veteranlar arasında ən yaxşı nəticəni aprelin 12-də 65 yaşı tamam olan tanınmış etüd tərtibçisi Muradxan Muradov (Qobustan, 27,5 xal), yeniyetmələr arasında isə Mirmusa Feyziyev (14 xal) və Teymuraz Axundov (12,5 xal) göstəriblər.

Komanda hesabında İsmayıllı şahmatçıları (Ramil Cavadov və Cahangir Niftəliyev) 108,75 xalla birinci, Bakı-1 kollektivi (Rəşad Zeynallı və Aqşin Məsimov) 96,5 xalla ikinci, Sumqayıt təmsilçiləri (Misrəddin İsgəndərov və Zaur Bayramov) isə 91,5 xalla üçüncü yeri tutub.

Bütün qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.

Sumqayıt təmsilçisi çempionatın gümüş medalını qazandı (FOTO)


Sumqayıt təmsilçisi çempionatın gümüş medalını qazandı (FOTO)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR