Sumqayıtda hava

Cəmiyyət

Evləri yanğınlardan qorumağın yolu (VİDEO)

Evləri yanğınlardan qorumağın yolu (VİDEO)


Paytaxtın Xətai rayonu, Zığ şossesində, bina 16 ünvanındakı yanan 9 mərtəbəli binanın sakinləri indi çıxılmaz vəziyyətdə qalıblar.

Sakinlərin sözlərinə görə, hadisə zamanı mənzillərindən heç bir əşya belə çıxara bilməyiblər. Bir neçə dəqiqədə bütün əmlakını itirən bu zavallılar sözün əsl mənasında indi odu söndürüb, külü ilə oynayırlar.

Xətai rayon icra hakimiyyətindən isə bildirildi ki, yanğın baş verən əraziyə baxış keçirilib. Zərərçəkmiş sakinlərlə söhbət aparılıb.

“Hazırda mütəxəssislər araşdırırlar ki, sakinlər əmlaklarını, mənzillərini sığorta etdiriblərmi? Hələlik isə bu məsələlər araşdırılır. Nəticədə isə bu barədə ətraflı məlumat əldə edə biləcəyik”, - deyə Xətai RİH başçısının müavini Zaməddin Əkbərov bildirib.

Bu məqamda adam ona maddi cəhətdən kömək edəcək, risklərini bölüşəcək birini axtarır. Digər dövlətlərdə bunun asan çıxış yolu var. Daşınmaz əmlakın sığortası.

Əmlak sığortasının isə iki növü var: icbari və könüllü. İcbari sığortanın məbləği və sığorta haqqı qanunla müəyyən olunur. Bu göstərici isə bölgələr üzrə fərqlidir. Qanunvericiliyə görə, Bakı şəhəri üzrə sığorta məbləği 25 min manat, illik sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində sığorta məbləği 20 min, sığorta haqqı 40, digər yaşayış məntəqələrində sığorta məbləği 15 min, sığorta haqqı 30 manatdır.

“Bir şirkət olaraq ilk öncə daşınmaz əmlakın icbari sığorta növləri üzrə xidmətləri həyata keçiririk. Eyni zamanda da əmlakın, yəni mənzillərin könüllü sığortasını. Şirkət eləcə də qeyri-yaşayış sahələrinin icbari və könüllü sığortasını da təşkil edir. Bundan başqa vətəndaşların ipoteka kreditləri üzrə aldıqları mənzillərin könüllü sığortası kimi sahələr üzrə xidmətlərimizi göstəririk. O ki qaldı, maraq məsələsinə, bu hüquqi cəhəddən maarifləndirmə işlərinin aparılmasından aslıdır. Hazırda bu istiqamətdə işlər aparılır”, - deyə Atəşgah Sığorta Şikətinin nümayəndəsi Hidayət Əzimov qeyd edib.

Əlavə risklərə görə sığorta məbləği adətən 0,1% həcmində olur. Bu faizlər toplanır və əmlakın ümumi dəyərinə vurulur. Məsələn, sizin 100 min manatlıq evinizin 0,25%-i qiymətləndirilibsə, deməli illik 250 manat sığorta haqqı ödəməlisiz. Amma əmlakın yerləşdiyi bölgənin coğrafi xüsusiyyətlərindən asılı olaraq risqlər aşağı və ya yuxarı faizlə qiymətləndirilə bilər.


ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR