Sumqayıtda hava

Cəmiyyət

Qubadlı köçkünlərinin problemlərinin həlli diqqət mərkəzindədir

Qubadlı köçkünlərinin problemlərinin həlli diqqət mərkəzindədir


Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətində aprelin 16-da cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncağı RİH-nin başçısı Malik İsaqov açıb. Qeyd olunub ki, cari ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam edib, iqtisadi siyasətin inkişaf istiqamətləri üzrə əhəmiyyətli işlər görülüb, ölkə əhalisinin rifah halı xeyli dərəcədə yaxşılaşıb.

RİH başçısının müavini Sahib Əliyev 2015-ci ilin birinci rübündə rayonda görülmüş işlərdən bəhs edən məruzə ilə çıxış edib. O, rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Bildirilib ki, ilin birinci rübündə Beyləqan rayonunda məskunlaşan 1 ailə, Saatlı rayonunda isə 5 ailə yeni mənzillə təmin edilib, H.Z.Tağıyev qəsəbəsində Kosmonavtika yaşayış massivində 23 saylı binanın, yenə həmin qəsəbədə Şirvan yaşayış massivində köçkünlər yaşayan binanın, eləcə də Stalçay qəsəbəsində iki sakinin mənzillərinin dam örtükləri təmir olunub.

Rayon icra hakimiyyəti tərəfindən vətəndaşlara mənzil şəraitlərinin yaxşılaşdırılması üçün 3 ailəyə tikinti materialları, 3 ailəyə isə maliyyə vəsaiti ilə kömək edilib.

Hesabat məruzəsində məskunlaşma yerlərində elektrik təchizatı ilə bağlı problemlərin aradan qaldırılması işlərindən də bəhs olunub, əldə edilən uğurlardan danışılıb.

Sonra rayon mərkəzi xəstəxanasının baş həkimi Nüsrət Əhmədovun, maliyyə idarəsinin müdiri Kəmaləddin Rüstəmovun, məşğulluq mərkəzinin direktoru Əkbər Qurbanəliyevin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Cəlaləddin Məmmədovun və rayon icra hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlyas Süleymanovun məruzə ilə bağlı çıxışları dinlənilib.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR