Sumqayıtda hava

Cəmiyyət

Qubadlılar ümummilli liderin xatirəsini böyük ehtiramla anıblar

Qubadlılar ümummilli liderin xatirəsini böyük ehtiramla anıblar


Dekabrın 11-də Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş elmi- nəzəri konfrans keçirilib.
Əvvəlcə iştirakçılar dahi rəhbərin büstü önünə gül dəstələri düzüblər.
Tədbir iştirakçıları Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra onlar “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı videofilmə baxıblar.
Rayon İH-nin başçısı Malik İsaqov ümummilli liderin fəaliyyətindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs edib. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında apardığı siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir. M. İsaqov bildirib ki, bu inkişaf məcburi köçkünlərin daim yeniləşən həyatında da özünü göstərir.
Konfransda “Böyük dövlət xadimi, əvəzolunmaz şəxsiyyət”, “Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan cəmiyyətində qadınların rolu”, “Heydər Əliyev və Azərbaycan dili”, “Dünya siyasətçiləri Heydər Əliyev haqqında” mövzularında məruzələr dinlənilib. Məruzələrdə ümummilli lider Heydər Əliyevin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı uğurlu daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, qəbul edilən mütərəqqi qanunlardan, gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq ideologiyasının milli ideologiyaya çevrilməsindən, dahi rəhbərin dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətinin, elminin inkişafına verdiyi töhfələrdən ətraflı bəhs edilib.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR