Sumqayıtda hava

Cəmiyyət

"İstedadların hazırlığı laboratoriyası"nda Sumqayıt uğurla təmsil olunur

"İstedadların hazırlığı laboratoriyası"nda Sumqayıt uğurla təmsil olunur


Elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq üçün təşkil edilən virtual turların tarixi müəyyənləşib.

500-ə qədər yeniyetmənin iştirak etdiyi III "İstedadların hazırlığı laboratoriyası" layihəsinin I onlayn turu artıq arxada qalıb. 45 dəqiqə sürən imtahan turunda 500 iştirakçıdan 71 nəfəri yüksək göstəricilər nümayiş etdirib.

Fəal bölgələrdən Bakı, Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərini, Şirvan, Biləsuvar, Qax rayonlarını və s. adlarını qeyd etmək olar.

Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.

Layihə çərçivəsində təşkil olunan olimpiada turları iki fərqli formatda keçirilir: onlayn və əyani turlar.

2015-ci ildə nəzərdə tutulan 3 onlayn tur: 12, 19 və 26 aprel tarixləri üçün müəyyən edilib. Hər bir virtual turda məktəblilər 45 dəqiqə ərzində 4-ü riyaziyyat, 3 fizika və 3 kimya fənni üzrə cəmi 10 məsələni həll etməlidir.

Əyani tura vəsiqə qazanmaq üçün azı 8 məsələni düzgün həll etmək tələb olunur. İştirakçı bir və ya bütün onlayn turlarda iştirak edə bilər. Azı bir turun nəticələrinin əyani turun şərtlərinə cavab verməsi kifayətdir. Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda onlayn turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak etmək hüququ qazanacaq. Hal-hazırda 19 və 26 aprel 2015-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti II və III onlayn turlara hazırlıq işləri aparılır.

"İstedadların hazırlığı laboratoriyası" çərçivəsində təşkil olunan onlayn turlarda iştirak etmək üçün şagirdlərin istedad.az saytında qeydiyyatdan keçmələri tələb olunur.

Qeyd edək ki, layihə 2013-cü ilin yanvar ayından etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq "İstedadların hazırlığı laboratoriyası"nın təşkili və fəaliyyətinin təmin edilməsi layihəsi həyata keçirilir.

ictnews.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR