Sumqayıtda hava

Faydalı

Qripdən necə qorunaq? (MƏSLƏHƏTLƏR)

Qripdən necə qorunaq? (MƏSLƏHƏTLƏR)


Fəsil dəyişkənliyi və yazın gəlişi ilə əlaqədar olaraq son vaxtlar qripə yoluxanların sayı kəskin şəkildə artıb.

Həm yaşlılar, həm də cavanlar arasında qripə tutulanların sayı çoxalıb. Qəribədir ki, son vaxtlar qrip ağır keçməsi ilə digərlərindən bir qədər fərqlənir, üstəlik, gec sağalır. Bəs, görəsən, bunun səbəbi nədir, nələrə əməl etmək lazımdır ki, qripə yoluxmayaq və ya yoluxmuşuqsa, tez sağalaq? Həkimlərin qənaətinə görə, qripin artması yazın gəlişi ilə əlaqədardırsa, ağır keçməsinin səbəbi soyuqvurmadır. Bu səbəbdən qrip daha şiddətli keçir, qızdırma, baş, boğaz, sinə ağrıları, burun axıntısı, öskürəklə müşahidə olunur. Bundan başqa, xəstə 1-2 həftə davamlı olaraq özünü halsız hiss edir...

Məsləhətlər

Bol miqdarda maye qəbul edin: su, meyvə suyu, limon suyu kimi içkilər qızdırma əsnasında itirilən mayenin bərpasına yardımçı olur.

Toyuq şorbası faydalıdır: toyuq şorbası soyuqdəymə və qrip əlamətlərinin azalmasına 2 şəkildə yardımçı olur. İlk olaraq, o hissədəki ağrını, şişkinliyi aradan qaldırır. İkincisi, burunun içindəki epidemiyanın hərəkətini sürətləndirir və beləcə, burundakı virusların sürətli bir şəkildə atılmasına imkan verir.

İstirahət edin: qızdırmanız və ya şiddətli öskürəyiniz varsa, mümkünsə, məktəbə və ya işə getməyin, evdə qalın. Bu şəkildə həm daha sürətli sağalar, həm də xəstəliyin digərlərinə keçməsinin qarşısını almış olarsınız.

Otağınızın temperaturunu və rütubətini nizamlayın: otağınızı isti saxlayın, amma çox isti olmamasına diqqət edin. Otağınızın havası qurudursa, bu problemi həll edin. Bunun üçün bir qabda suyu qaynadın, ağzını açıq saxlayın ki, buxar otağınıza yayılıb, havasını nəmləndirsin.

Boğazınızı qarqara edin: qaynamış, ilıq 1 stəkan suyun içinə 1 çay qaşığı duz atıb qarışdıraraq əridin və daha sonra həmin su ilə boğazınızı qarqara edin. Hər dəfə qarqara edəndə yenisini hazırlayın. Ancaq suyu udmayın.

Əllərinizi yuyun: qrip virusları əsasən təmas ilə yayılır. Məsələn, qrip olan bir insanın asqırdıqdan sonra əlini toxundurduğu yerdə (telefon, stəkan, qələm) viruslar saatlarla yaşaya bilir. Bu səbəbdən əllərinizi tez-tez yuyun. Əgər yerinizdən tərpənə bilmirsinizsə, spirtlə əllərinizi təmizləyin.

Qəhvədən uzaq durun: qəhvə maye itkisinə səbəb olduğu üçün ondan uzaq durun.

Siqaret çəkməyin: siqaret xəstəliyin əlamətlərini artırır və onun orqanizmdə yayılmasına imkan yaradır.

Asqırma və ya öskürmə məqamında ağzınızı əlinizlə bağlamayın. Çünki viruslar asqırma və ya öskürmə məqamında ətrafa yayılır. Bu səbəbdən salfetdən istifadə edin və daha sonra atın. Dəsmalınız və ya salfetiniz yoxdursa, ovcunuzun içinə öskürə və ya asqıra bilərsiniz.

Xəstə insanın üzünə toxunmayın: qrip virusları vücuda göz, burun və ya ağız yolu ilə girir. Xəstələnmiş insanın üzünə toxunmaq xəstəliyin yayılmasında ən önəmli nöqtədir.

Bütün tədbirlərə baxmayaraq, nəfəs darlığı, bəlğəmli öskürək varsa, baş ağrınız keçmirsə, qızdırmanız düşmürsə, həkimə gedin. Bu həm öz sağlamlığınız, həm də yaxınlarınızın sağlamlığı üçün böyük önəm daşıyır.

Milli.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR