Sumqayıtda hava

Cəmiyyət

"Sumqayıt"ın baş məşqçisi: "Özüm oynamasam, qalib gəlməyəcəyik."

"Sumqayıt"ın baş məşqçisi: "Özüm oynamasam, qalib gəlməyəcəyik."


Topaz Premyer Liqasında 30-cu turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə AZAL-la heç-heçə edib (1:1).

"YeniSumqayit.az"ın "Sumqayıt" FK-ya istinadla verdiyi məlumata əsasən, komandadan yeganə qolu 90+1-ci dəqiqədə Məhəmməd Qurbanov vurub.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi):
“Birinci hissədə 3-4 qol epizodu yaratdıq. Amma istifadə edə bilmədik. AZAL-da isə epizod olmadı. Futbolda isə belə bir qanun var - qol vurmasan, qol buraxacaqsan. Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik. Bu gün uduza da bilərdik. Başqa nə deyim? “Sumqayıt” komandasına gələn oyunlarda uğurlar arzu edirəm. Sumqayıt şəhərində bəlkə də məndən çox komandanın qələbəsini istəyən yoxdur. Şəxsən mən istəyərdim ki, bu gün bir nəfər gəlsin bizi bu vəziyyətdən çıxarsın. Mənim indi belə bir halım yoxdur. “Sumqayıt” mənim üçün təkcə futbol komandası deyil. Sumqayıtda böyümüşəm, futbola başlamışam. Komandanın qələbə qazanmasını istəyirəm”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, son saniyələrdə qol buraxdıq. Hər halda son oyunlar onu göstərir ki, yayda komandada dəyişikliklər olmalıdır. Əgər oyunçu yaxşı futbol sərgiləmirsə, dəyişikliklərə ehtiyac var. Problem ondadır ki, zədəli oyunçularımız az deyil. Freddi Mombonqo isə cəzalı idi. Bu problemə görə meydançaya gənc Aydın Qasımovu buraxmışdıq. Heyətdəki problemlər mənim işimi çətinləşdirir. Bütün bunlara baxmayaraq, 1 xal qazandıq. Bir xal da qənimətdir”.

"Sumqayıt"ın baş məşqçisi: "Özüm oynamasam, qalib gəlməyəcəyik."

"Sumqayıt"ın baş məşqçisi: "Özüm oynamasam, qalib gəlməyəcəyik."

"Sumqayıt"ın baş məşqçisi: "Özüm oynamasam, qalib gəlməyəcəyik."

"Sumqayıt"ın baş məşqçisi: "Özüm oynamasam, qalib gəlməyəcəyik."

"Sumqayıt"ın baş məşqçisi: "Özüm oynamasam, qalib gəlməyəcəyik."

"Sumqayıt"ın baş məşqçisi: "Özüm oynamasam, qalib gəlməyəcəyik."





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR