Sumqayıtda hava

Cəmiyyət

ARDNŞ əməkdaşları Sumqayıtda ağac əkiblər

ARDNŞ əməkdaşları Sumqayıtda ağac əkiblər


“Azərikimya” İstehsalat Birliyinin müəssisələrində növbəti şənbə iməciliyi keçirilib. İməciliyə kimyaçılarla yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin və Ekologiya İdarəsinin əməkdaşları da qatılıb.

İməcilikdə etilen-polietilen zavodundan, təmir-tikinti idarəsindən və Birliyin idarəetmə aparatından ümumilikdə 500 nəfər iştirak edib.

İməcilik zamanı ümumilikdə 1350 ədəd olmaqla - 1200 şərq çinarı, nar, həmişəyaşıl sərv, şam, əncir, ərik, gilənar, badam, xurma və digər ağaclar əkilib, etilen-polietilen zavodunun ərazisində iki hektara yaxın sahə alaq otlarından təmizlənib, əvvəlki iməciliklər zamanı əkilmiş minlərlə ağaca aqrotexniki qulluq göstərilib, dibləri bellənib, gövdələri əhənglənib, abadlıq işləri aparılıb.

Ötənilki payız iməciliklərindən etibarən Birlik ərazilərində kimyaçılar tərəfindən 10 minə yaxın müxtəlif növ ağac əkilib. Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xidmət edən iməciliklərin aprelin sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

ARDNŞ əməkdaşları Sumqayıtda ağac əkiblər

ARDNŞ əməkdaşları Sumqayıtda ağac əkiblər

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR