Sumqayıtda hava

Cəmiyyət

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndi.
Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR