Sumqayıtda hava

Hadisə

Bakıda məktəblilərinin WhatsApp cinayəti

Bakıda məktəblilərinin WhatsApp cinayəti


Azərbaycanda sosial şəbəkələrdə mübahisələr bəzən qanlı cinayətlə bitir. Bu cinayətlər artıq orta məktəblərə də keçib.

Ötən gün Bakının Nizami rayonunda WhatsApp-da başlayan söhbət qanla bitib. Ən dəhşətlisi isə odur ki, baş vermiş cinayətin iştirakçıları orta məktəb şagirdləridir.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, 238 saylı orta məktəbin 11-sinif şagirdləri Elvin Muradovla onunla paralel sinifdə oxuyan Rövşən Şahmarovun WhatsApp-da mübahisələri düşüb. Orada bir-birini söyüblər. Sonra isə gecə saat 1-də görüş təyin ediblər. Rövşən özü ilə bıçaq da götürüb və elə görüşən kimi bıçaqla Elvini yaralayıb.

Rövşən Şahmarov tutulub. Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR