Sumqayıtda hava

Cəmiyyət

Nazir olimpiada qaliblərini mükafatlandırdı (FOTOLAR)

Nazir olimpiada qaliblərini mükafatlandırdı (FOTOLAR)


Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, rektorlar, deputatlar, müəllim və şagirdlər iştirak edib.

Çıxış edən nazir M.Cabbarov vurğulayıb ki, olimpiada bilik yarışı olsa da, özündə bir çox məsələləri birləşdirir. M.Cabbarov onu da bildirib ki, cari ildə Azərbaycanda fənn olimpiadalarının keçirilməsinə inqilabi dəyişiklər edilib:
“Bu gün qalib olan şagirdlərin mükafatlandıranda onu da nəzərə almalıyıq. İnanırıq ki, onların arasında sabahın dünya və beynəlxalq olimpiadasının qaliblərini görəcəyik”.

Nazir onu da qeyd edib ki, bu ilki olimpiadanı beynəlxalq anoloji olimpiadaların qaydalarına uyğun keçirilməsi müəyyən təcrübəyə yol açmaq məqsədi daşıyırdı. Onun fikrincə, Azərbaycanın təhsil sahəsində uğurları ilə fəxr etməyə bir çox səbəbləri var: “2013-14-cü tədris ilində beynəlxalq və dünya olimpiadalarında 18 qızıl medal qazanılıb. İnanırıq ki, bu ilki uşaqların nəticələri daha da yüksək olacaq. Olimpiadaya olan münasibətin ən yaxşı göstərici ora qatılan şagirdlərin sayıdır. Bu il olimpiadaya 22 min şagird qatılıb. Bu da ötən illə müqayisədə 4 dəfə çoxdur. Bu ilki qaliblər ölkənin 23 bölgəsindən gəlib və bu da müxtəlif bölgələrdə istedadlı gənclərin yetişməsi üçün lazımlı şəraitin olmasından irəli gəlir. Qızıl medal qazanan şagirdlər respublikanın 14 bölgəsini təmsil edib və bu da yüksək göstəricidir”.

Nazirin sözlərinə görə, bu il Azərbaycanda böyük yarışların və olimpiadaların ilidir. “Ən böyük yarış Avropa oyunlarıdır və iyunda bu yarışı ölkəmizdə keçirilməsi ilə dövlətimiz adını artıq idman tarixinə yazıb. Növbəti ayda isə ölkəmizdə beynəlxalq Dünya kimya olimpiadası keçiriləcək. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işlər görülür. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevin rəhbərliyi artıq tamamlama işləri görülür. Milli komanda üzvləri və namizədlərə bu böyük yarışda da uğurlar arzulayır, inanırıq ki, bu il də istənilən uğuru qazana biləcəyik”.

Olimpiadanın münsiflər heyətinin üzvü Naqif Nəbiyev, I yerin qalibinin valideyni Mübariz Şahverdiyev tədbir barədə fikirlərini bölüşüb, olimpiadanın yüksək səviyyədə təşkili üçün hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbirdə məlumat verilib ki, fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird iştirak edib. Bu il fənn olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə müşayiət olunub. İlk dəfə olaraq üç mərhələdə keçirilmiş fənn olimpiadalarının I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq, keçirilmiş yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Final mərhələsində iştirak edən şagirdlərdən 240 nəfərin mükafatçılar sırasına daxil olub. Qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlər seçiləcək. Respublika fənn olimpiadalarında bu il ilk dəfə olaraq, iştirakçılar arasından hər fənn üzrə “birincilərin birincisi” nominasiyası üzrə qalib müəyyənləşdirilib və olimpiada fənləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub. Həmçinin, olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onların tədbirin keçirildiyi 3 gün ərzində “Kempinski Badamdar” otelində qalması təmin olunub və imtahandankənar asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Fənn olimpiadalarının keçirildiyi gün nəticələr elan olunub və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook” səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdirilib.

Sonda Respublika fənn olimpiadalarının final mərhələsində I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub, Təhsil Nazirliyi tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

Nazir olimpiada qaliblərini mükafatlandırdı (FOTOLAR)

Nazir olimpiada qaliblərini mükafatlandırdı (FOTOLAR)

Nazir olimpiada qaliblərini mükafatlandırdı (FOTOLAR)

Nazir olimpiada qaliblərini mükafatlandırdı (FOTOLAR)

Nazir olimpiada qaliblərini mükafatlandırdı (FOTOLAR)

Nazir olimpiada qaliblərini mükafatlandırdı (FOTOLAR)

Lent.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR