Sumqayıtda hava

Elan

“Uğura gedən yol”un ilk görüşü keçiriləcək

“Uğura gedən yol”un ilk görüşü keçiriləcək


IDEA İctimai Birliyi gənclər üçün “Uğura gedən yol” adlı yeni layihəyə start verir.

Layihə çərçivəsində ayda bir dəfə olmaqla IDEA İB-nin Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və oxşar sahələrdə fəaliyyət göstərən, uğura imza atmış insanlarla gənclərin görüşü təşkil olunacaq.

Görüşlər zamanı qonaq ekspert iştirakçılara professional fəaliyyəti, qazandığı uğurların sirləri və özünü inkişaf etdirməyin yolları haqda geniş məlumat verəcək. Görüşün sonunda sual-cavab sessiyası təşkil olunacaq, ekspert tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılacaq.

“Uğura gedən yol” layihəsi çərçivəsində ilk görüş Azərbaycan Kağız Karton İstehsalı Kombinatının baş mütəxəssisi Bəxtiyar İsmayılovun iştirakı ilə aprel ayının 27-də baş tutacaq. Layihədə iştirak etmək istəyən gənclərdən ad, soyad və əlaqə nömrələrini 25 aprel, 2015-ci il tarixindən gec olmayaraq info@ideacampaign.org elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlavə məlumat almaq istəyən şəxslər 4976316 şəhər nömrəsi və ya info@ideacampaign.org elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.​





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR