Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

"Azərsun Holdinq"-dən yeni iş elanları

"Azərsun Holdinq"-dən yeni iş elanları


1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan, ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərindən olan "Azərsun Holdinq" MMC aşağıdakı vəzifələr üzrə vakansiyaları açıq elan edir.

Mühasib

İş haqqında məlumat:
Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması
Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
İş yeri Azersun Holdinqdə, mərkəzdədir. (Həftənin I-V günləri, saat 09.00-18.00)

Əsas tələblər:
Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
Mühasib olaraq minimum 3 il iş təcrübəsi olan peşəkar axtarılır;
Vergi məcəlləsini bilməli;
İngiliscə və Rusca bilməsi arzu olunandır.
Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
1C 8.2, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
Yaş həddi - 23-35 yaş arası

Baş Satış Məsləhətçisi (Baytar)

Əsas tələblər:
Baytarlıq sahəsi üzrə ali təhsil;
2-3 il müvafiq sahədə iş təcrübəsi;
Satış sahəsində ən az 1 il iş təcrübəsi;
B kateqoriya sürücülük vəsiqəsi (BC - arzuolunandır);
Ünsiyyət, inandırma bacarıqlarının olması;
Azərbaycan, Rus və İngilis (orta səviyyədə) dil bilikləri;
Ms Office proqramlarında (MS Word, Excel) işləmək bacarığı.

İş haqqında məlumat:
Yem məhsullarının satışında baytar məsləhətinin verilməsi,
Mal qaranın sağlamlığının qorunması üsul və vasitələrini bilməli,
Heyvanların müalicəsi zamanı istifadə olunan dərman preparatlarını tanımalı və bilməli,
Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması,
İri buynuzlu və kiçik baş heyvanların (həmçinin ev quşları) profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qorumasını təmin etməli.

Avtomatika mütəxəssisi

İş haqqında məlumat:
Lokal nəzarət prosesləri üçün proqramların yazılması;
Avtomatik nəzarət sistemlərinde istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;
Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
Həssas ölçü cihazlarının nizamlanması;
AC invertorların (driver) təmiri;
Yeni cihazların sınaqlarının həyata keçirilməsi;
Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət
İş yerləri Xırdalan və Masazırda yerləşən müəssisələrimizdədir.

Əsas tələblər:
Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC) yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC);
PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli;
SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli;
PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
PLC və SCADA arasında əlaqə qura bilməli.

“Hüquqşünas”

Namizədə aid tələblər:
22-40 yaş arasında kişi;
Ali Hüquq təhsili Olmalı;
Bank vəya Sığorta şirkətində Hüquqşünas kimi minimum 1 il iş təcrübəsi olmalı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilini bilənlərə üstünlük veriləcəkdir;
Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyəti, təhlil və hesabat vermə bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalıdır.

İş haqqında məlumat:
Azersun Holdingə daxil olan Azərbaycan Sənaye Sığorta Şirkətində, “Hüquqşünas” vakansiyası mövcuddur.
Sığorta əməliyyatının həyata keçirilməsi istiqamətində səlahiyyətli dövlət orqanları ilə qarşılıqlı əlaqələri təşkil etmək;
Sığorta işinin yoxlanılması və rəsmiləşdirilməsi zamanı qanunvericiliyə riayət olunmasını tabeçiliyindəki şəxslərdən tələb etmək və qanunsuz qərarları ləğv edərək qanuna müvafiq tədbirlər görmək.
Məhkəmələrin və digər dövlət orqanlarının şirkətin mənafeyinə zidd olan qərarlarından şikayətlərinverilməsi;
Şirkətin iştirak etdiyi beynəlxalq arbitraj proseslərin sənədlərinin hazırlanması, bu sahədə müvafiq təşkilatlarla əlaqələrin yaradılması və lazımi işlərin görülməsi;
Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, şirkətdaxili əsasnamə, qayda və təlimatlara hüquqi rəyin verilməsi;
Mahiyyətindən asılı olmayaraq, şirkətin tərəfdaşları ilə bağlanılan bütün növ əqdlərə hüquqi rəyin verilməsi.

İş yeri Azərbaycan Sənaye Sığorta şirkətinin baş ofisindədir. (Demirchi Tower)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında qeydiyyatdan keçərək müraciət edə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Mühasib”, “Baytar”, “Avtomatika mütəxəssisi”, “Hüquqşünas_AzSS”) qeyd olunmalıdır.

Azerjobs.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR