Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

"Bakcell" şirkətindən tələbə və məzunlar üçün Təcrübə Proqramı

"Bakcell" şirkətindən tələbə və məzunlar üçün Təcrübə Proqramı


Bakcell şirkəti karyerasına başlamaq istəyən 18-25 yaş arası gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramını təklif edir. Akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran “Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və Bakcell-in peşəkar həyatı ilə tanış olmaq imkanı əldə edəcəklər.

Biz niyə Smart Start Təcrübə Proqramını yaratdıq ?

Minlərlə gənc insan öz karyerasına başlamaq istəyir. İlkin təcrübələri olmadığından onlar hələ də işsizdilər.
Bunu nəzərə alaraq təhsil və peşəkarlıq dünyaları arasında körpü salmaq, akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdırmaq məqsədi ilə Bakcell Smart Start təcrübə proqramını yaratdı.

Bizim məqsədimiz nədir ?
Bizim məqsədimiz cavanlara aşağıdakı imkanları yaratmaqdır:
tələbə və məzunların işə hazırlıq bacarıqlarını inkişaf etdirmək
onları iş mühiti ilə tanış etmək
praktik təcrübəyə yiyələndirmək
Biz namizədləri necə seçirik və onları necə yerləşdiririk?

Seçim mərhələsi aşağıdakılardan ibarətdir:
müraciət formalarının qəbulu
test və müsahibələr

Seçim mərhələsini uğurla başa vurmuş təcrübəçilərə aşağıdakı imkanlar açılır:
daxili qaydalarla tanış olmaq və daxili təlimlərdə iştirak etmək
bütün şirkətin iş fəaliyyətini əhatə edən müxtəlif sahələrdə işləmək
Qeyd: Bilik sahəsi və bacarıqlarından asılı olaraq təcrübəçilər Bakcell-in Kadrlar şöbəsi tərəfindən müvafiq şöbələrə yönəldiləcəklər.

Təcrübəçi aşağıdakı imkanları əldə edəcək:
Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək
biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək
Bakcell-in peşəkar həyatı ilə tanış olmaq

Təcrübəçi qəbul edən şöbə aşağıdakı sahələrdə effektivliyin artırılması üçün Yönəldici Rəhbər təyin edəcək:
öz təhsillərini idarə etmək üçün təcrübəçiləri dəstəkləmək və həvəsləndirmək
təcrübəçilərin potensialını aşikar etmək
təcrübəçilərin bacarıqlarını inkişaf etdirmək və iş icrasını yaxşılaşdırmaq
Təcrübə proqramının şərtləri nədir?

Təcrübə müddəti 2 ay - İyul,Avqust ; həftədə 5 tam iş günüdür.
Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək.
Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.
2014-cü ilin yay tətilini maraqlı təcrübə ilə rəngləndirən gənclərin hekayələri ilə buradan tanış ola bilərsiniz :“Smart Start 2014” Təcrübə hekayələri

Necə müraciət etmək olar?

Namizədlər Müraciət formasını 10.05.2015 tarixinədək doldurmalıdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR