Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt məktəbliləri hokkey yarışlarında iştirak edəcək

Sumqayıt məktəbliləri hokkey yarışlarında iştirak edəcək


Azərbaycan Otüstü Hokkey Federasiyasının Bakı və Sumqayıt şəhərləri üzrə idman və təhsil İdarələri ilə birgə həyata keçirdiyi layihənin ikinci mərhələsi aprelin 25-də start götürəcək.

"YeniSumqayit.az" federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, otüstü hokkey idman növünün daha da geniş inkişafı və kütləviliyinin artırılması məqsədilə AzHF ötən ildən Bakı və Sumqayıt şəhərləri üzrə İdman və Təhsil İdarələri ilə birgə yeni layihə həyata keçirir.

Layihəyə əsasən Bakı və Sumqayıt şəhərlərinin bir sıra orta məktəblərində otüstü hokkey üzrə dərsdənkənar məşğələlər təşkil olunub. Əsas məqsəd şagirdlər arasında otüstü hokkeyin geniş yayılması və dərsdənkənar məşğələlərdə fərqlənən oğlan və qızların peşəkar məşqçilərin rəhbərliyi altında bölmələrdəki təlimlərə cəlb olunmasıdır.

Bu layihənin həyata keçirilməsi üçün bir il əvvəl Azərbaycan Otüstü Hokkey Federasiyası tərəfindən Bakının 19 məktəbində fəaliyyət göstərən bölmə üzvləri hokkey ağacları və toplarla tam təchiz edilib. İyunun 1-də isə seminar məşğələlərində fəallıq göstərdiklərinə görə Bakı və Sumqayıt şəhərlərində 23 məktəb müəlliminə “C” kateqoriyalı məşqçi sertifikatı verilib.

Ümumtəhsil məktəblərində çalışan bədən tərbiyəsi müəllimlərinin dərsdənkənar vaxtlarda otüstü hokkeyin öyrədilməsi işinə qiymət vermək üçün ötən il noyabrın 1-dən 9-dək Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Otüstü Hokkey Federasiyası birgə 2000-2002-ci il təvəllüdlü oğlan və qızlardan ibarət komandalar arasında Azərbaycanda otüstü hokkeyin yaradılmasının 45 illiyi münasibəti ilə məktəblilərin festivalını keçirdi. Yarışda qızlardan ibarət 8, elə o qədər də oğlan komandası 2 qrupda dairəvi sistemlə mübarizə apardı. Qızların birinciliyində qruplarda müvafiq yerləri tutan məktəb komandaları aşağıda göstərilən kimi Pley-Off oyunlarında qarşılaşaraq yekun yerləri müəyyənləşdiriblər:

VII –VIII yerlər uğrunda - Suraxanı № 275 –Binəqədi № 284 – 1:0
V – VI yerlər uğrunda - Nizami № 61– Sumqayıt №17 - 0:1
III – IV yerlər uğrunda -Nərimanov № 200- Qaradağ № 233 – 1:0
I - II yerlər uğrunda - FİNAL -Xəzər № 149 – Xəzər № 117 – 0:2

Yarışın yekununda təşkilatçılar I, II və III yerləri tutan komandalara diplomlar və müvafiq kuboklar təqdim edilib. Festivalın ən yaxşı oyunçularına isə federasiyanın qiymətli hədiyyələri verilib. Oğlan otüstü hokkeyçilərdən ibarət komandalar da qrup oyunlarında tutduqları yerlərə müvafiq Pley-Offda qarşılaşıblar.

Nəticələr belədir:
VII –VIII yerlər uğrunda- Qaradağ № 233 - Nərimanov № 200-1:0
V – VI yerlər uğrunda – Binəqədi № 276 - Binəqədi № 284 - 0:1
III – IV yerlər uğrunda - Xəzər № 117 - Suraxanı № 275 - 2:1
I - II yerlər uğrunda Sumqayıt № 22 - Uşaq Evi № 2 - 0:3

Oğlanların yarışında da fərqlənən komandalar diplom və müvafiq kuboklarla təltif olunublar. Layihənin II mərhələsi isə aprelin 25-də- şənbə günü start götürəcək. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarına həsr edilən 2000-2002-ci il təvəllüdlü oğlan və qız məktəblilərinin festivalında iştirakçıların sayı 16 olacaq. Ancaq bu dəfə Nərimanov rayonundakı 200 № -li məktəbin komandaları yarışdan kənarlaşdıqlarına görə onları Xətai rayonundakı H.Əliyev adına liseyin (oğlan) və Federasiyanın (qız) komandaları əvəz edəcəklər. Ötən yarışlardan fərqli olaraq kiçik ölçülü meydançalarda qapılar əvvəlkilərdən böyük olduğu üçün (standart) bu dəfə komandaların heyətində qapıçılar da çıxış edəcəklər. Cari idman tədbirinin yekununda mükafatlara layiq yer tutan komandalara fəxri kubok, diplom və medallar təqdim ediləcək. İndi isə qarşıdakı oyunların təqvimi ilə sizi tanış edirik:

Bakı və Sumqayıt şəhərlərinin 2000-2002-ci il təvəllüdlü məktəbliləri arasında 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarına həsr olunan otüstü hokkey idman növü üzrə festivalın T Ə Q V İ M İ

Q I Z L A R

I TUR -25 aprel (şənbə)
13.00 “Atasport”(Federasiya) - 284 № -li məktəb (Binəqədi r.) -“A” qrupu
14.00 149 № -li məktəb (Xəzər r.) - 275 № -li məktəb (Suraxanı r.) -“A” qrupu
13.00 117 № -li məktəb (Xəzər r.) - 61 № -li məktəb (Nizami r.) –“B” qrupu
14.00 233 № -li məktəb (Qaradağ r.) - 17 № -li məktəb (Sumqayıt ş.) –“B” qrupu

II TUR- 26 aprel (bazar)
11.00 284 № -li məktəb (Binəqədi r.) - 275 № -li məktəb (Suraxanı r.) -“A” qrupu
12.00 “Atasport”(Federasiya) - 149 № -li məktəb (Xəzər r.) -“A” qrupu
11.00 61 № -li məktəb (Nizami r.) -17 № -li məktəb (Sumqayıt ş.) –“B” qrupu
12.00 117 № -li məktəb (Xəzər r.) - 233 № -li məktəb (Qaradağ r.) -"B" qrupu

III TUR – 02 may (şənbə)
13.00 149 № -li məktəb (Xəzər r.) - 284 № -li məktəb (Binəqədi r.) -“A” qrupu
14.00 275 № -li məktəb (Suraxanı r.) - “Atasport” (Federasiya) -“A” qrupu
13.00 233 № -li məktəb (Qaradağ r.) - 61 № -li məktəb (Nizami r.) –“B” qrupu
14.00 17 № -li məktəb (Sumqayıt ş.) - 117 № -li məktəb (Xəzər r.) –“B” qrupu

PLEY-OFF OYUNLARI – 03 may (bazar)
11.00 A4 –B4 11.00 A3- B3
12.00 A2 –B2 12.00 A1 - B1

13.15 M Ü K A F A T L A N D I R M A

OĞLANLAR
I TUR -25 aprel (şənbə)
15.00 233 № -li məktəb (Qaradağ r.) -275 № -li məktəb (Suraxanı r.) -“A” qrupu
16.00 H. Əliyev adına lisey (Xətai) - 22 № -li məktəb (Sumqayıt ş.) -“A” qrupu
15.00 117 № -li məktəb (Xəzər r.) - 2 № -li Uşaq Evi (Suraxanı r.) - “B” qrupu
16.00 276 № -li məktəb (Binəqədi r.) -284 № -li məktəb (Binəqədi r.) -“B”qrupu

II TUR- 26 aprel (bazar)
13.00 275 № -li məktəb (Suraxanı r.) - 22 № -li məktəb (Sumqayıt ş.) – “A” qrupu
14.00 233 № -li məktəb (Qaradağ r.) - H. Əliyev adına lisey (Xətai) – “A” qrupu
13.00 2 № -li Uşaq Evi (Suraxanı r.)- 284 № -li məktəb (Binəqədi r.) – “B” qrupu
14.00 117 № -li məktəb (Xəzər r.) - 276 № -li məktəb (Binəqədi r.) –“B”qrupu

III TUR – 02 may (şənbə)
15.00 H. Əliyev adına lisey (Xətai) - 275 № -li məktəb (Suraxanı r.) - “A” qrupu
16.00 22 № -li məktəb (Sumqayıt ş.) - 233 № -li məktəb (Qaradağ r.) - “A” qrupu
15.00 276 № -li məktəb (Binəqədi r.) - 2 № -li Uşaq Evi (Suraxanı r.) -“B” qrupu
16.00 284 № -li məktəb (Binəqədi r.) - 117 № -li məktəb (Xəzər r.) - “B”qrupu

PLEY-OFF OYUNLARI – 03 may (bazar)
13.30 A4 –B4 A3- B3
14.30 A2- B2 A1 –B1
15.30 M Ü K A F A T L A N D I R M A





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR