Sumqayıtda hava

Cəmiyyət

Nazirlik Sumqayıtda maarifləndirmə tədbirlərini davam etdirir

Nazirlik Sumqayıtda maarifləndirmə tədbirlərini davam etdirir


Aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər sakinləri ilə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

"YeniSumqayit.az"ın Nazirliyin saytına istinadla verdiyi məlumata əsasən, əsas məqsəd şəhər əhalisinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə, binalarda və mənzillərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Binalarda yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”, “Liftlə bağlı təhlükəsizlik qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edilmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR