Sumqayıtda hava

Dünya

Türk Ordusundan ermənilərə zərbə

Türk Ordusundan ermənilərə zərbə


Türkiyə höküməti Silahlı Qüvvələrə aid 1915-ci ilin hərbi arxivlərini açıb.

Arxiv sənədlərində Osmanlı İmperiyasının ermənilərin ölkə daxilində köçürülməsi zamanı onların təhlükəsizliyinə xüsusi diqqət ayırdığı əks olunub.

Həmçinin sənədlərdə erməni quldur dəstələri və fərariləri barədə çoxsaylı faktlar göstərilib. Onlar 1915-ci ildə Anadolunun dinc sakinlərini qətlə yetiriblər.

1915-ci ildə Mehmet Tələt Paşa Diyarbəkir valisinə göndərdiyi teleqramda yazılıb:
“Son zamanlar şəhərdən deportasiya edilən ermənilərin boğazını qoyun kimi kəsiblər. Bizim məlumatımız var ki, ölənlərin sayı 2 minə yaxındır. Yerdəki vəziyyət barədə bizi məlumatlandırmağınızı tələb edirik. Biz hələ bilmirik, bunun arxasında kim durur – türklər, kürdlər, ərəblər, yoxsa ələvilər?”.

Bu teleqramdan sonra Diyarbəkirdə 1397 ölüm hökmü çıxarılmışdı. Məlum olmuşdu ki, ermənilərə hücum edənlərin 600-dən çoxu erməni əsilli fərari imiş.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR