Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt məktəbliləri karate yarışında uğurla iştirak edib (FOTOLAR)

Sumqayıt məktəbliləri karate yarışında uğurla iştirak edib (FOTOLAR)


Xaçmaz rayonunda məktəblilər arasında karate idman növü üzrə zona yarışı keçirilib.

"YeniSumqayit.az"ın Təhsil Nazirliyinə istinadla verdiyi məlumata əsasən, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən zona yarışına Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron rayonlarının və Sumqayıt şəhərinin komandaları qatılıblar.

Yarışda 200 nəfərdən artıq idmançı karatenin Şotokan növü üzrə 6 yaş qrupu, 12 çəki dərəcəsində və Qocyu-ryu növü üzrə 7 yaş qrupu, 14 çəki dərəcəsində mübarizə aparıblar.

Şotokan növü üzrə komanda hesabında 1-ci yeri Xaçmaz, 2-ci yeri Sumqayıt, 3-cü yeri Xızı, Qocyu-ryu növü üzrə 1-ci yeri Xaçmaz, 2-ci yeri Quba, 3-cü yeri Qusar rayonunun komandaları tutublar.

Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub.

I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Son 3 gün ərzində Şirvanda güləş, Astarada atletika, Xaçmazda karate və Tovuzda voleybol üzrə zona yarışları keçirilib. Hər zona yarışında ətrafdakı 10-dək rayonun komandaları iştirak ediblər. Bütün bölgələri əhatə edən yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.

Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.

Sumqayıt məktəbliləri karate yarışında uğurla iştirak edib (FOTOLAR)

Sumqayıt məktəbliləri karate yarışında uğurla iştirak edib (FOTOLAR)

Sumqayıt məktəbliləri karate yarışında uğurla iştirak edib (FOTOLAR)

Sumqayıt məktəbliləri karate yarışında uğurla iştirak edib (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR