Sumqayıtda hava

Cəmiyyət

Eldar Əzizov və Cavid Qurbanov tikinti ilə tanış oldu (FOTOLAR)

Eldar Əzizov və Cavid Qurbanov tikinti ilə tanış oldu (FOTOLAR)


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində olub, əsaslı təmir işlərinin gedişi ilə tanış olub.

Sədr Sumqayıt sərnişin stansiyasının yenidənqurulması üçün təqdim olunan layihələrə Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovla birgə baxıb.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 24 km yol əsaslı təmir olunub. Hazırda Keşlə-Biləcəri mənzilində əsaslı təmir işləri davam edir.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Eldar Əzizov və Cavid Qurbanov tikinti ilə tanış oldu (FOTOLAR)

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR