Sumqayıtda hava

Redaktorun Seçimi, Cəmiyyət

Sumqayıt finala çıxa bilmədi

Sumqayıt finala çıxa bilmədi


Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq intellektual yarışının dördüncü finalçısı müəyyənləşib.
“Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan son oyunda finala düşmək uğrunda 8 komanda mübarizə aparıb.
İlk görüş şans oyununun qalibi “Fortuna” ilə “Ağdaş” komandaları arasında keçirilib. “Fortuna”ya üstün gələn “Ağdaş” daha sonra “Allians”ı da üstələyib.
Üçüncü görüşdə “Ağdaş” “Aypara” ilə qarşılaşıb. “Aypara” rəqibinin qələbə seriyasına son qoyub.
Dördüncü görüşdə “Aypara” “NORM Sement” komandasını qəbul edib və onu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ancaq “Aypara” “Sumqayıt” komandasına üstün gələ bilməyib.
Altıncı görüşdə sumqayıtlılar “Bakı Ali Neft Məktəbi” ilə qarşılaşıb. Qeyd edək ki, bu komandaların əvvəlki oyunlardakı qarşılaşmasında “Bakı Ali Neft Məktəbi” qalib gəlmişdi. Bu görüşdə isə “Sumqayıt” komandası əvvəlki məğlubiyyətin əvəzini çıxıb.
Növbəti-yeddinci görüşdə “Sumqayıt” “Azərbaycan klubu” komandası ilə oynayıb. Oyun sonuncunun qələbəsi ilə başa çatıb. Beləliklə, “Azərbaycan klubu” komandası böyük finala vəsiqə alıb.
“Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının final oyunu dekabrda keçiriləcək. Bu oyunda sentyabrın qalibi “Kapital bank”, oktyabrın qalibi “Nar Mobile”, noyabrın qalibi “Romantik” və xüsusi seçim oyunu ilə seçilmiş “Azərbaycan klubu” komandaları qarşılaşacaqlar.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR