Sumqayıtda hava

Cəmiyyət

Görkəmli oftalmoloq-alim Sumqayıtda anıldı

Görkəmli oftalmoloq-alim Sumqayıtda anıldı


YAP Sumqayıt şəhər təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Təşkilatın Qadınlar Şurasının sədri Nazilə Cəlilova akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafındakı xidmətlərindən geniş bəhs edib.

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini, şəhər səhiyyə şöbəsinin baş inspektoru Səkinə Sadıxova bildirib ki, akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Tədbirdə Sumqayıt şəhər İstedad Liseyinin direktoru Adilə Süleymanova, YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədr müavini Leyla Əliyeva və başqaları çıxış edərək bildiriblər ki, xeyirxahlıq Zərifə Əliyevanın varlığına hakim kəsilmiş ən böyük xüsusiyyət idi. Şəfalı əlləri ilə möcüzələr yaradan akademik əbədiyyətə qovuşsa da, xatirələrdə daim yaşayacaq.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR