Sumqayıtda hava

Dünya

İsrail hərbçiləri fələstinli gəncləri vurdu

İsrail hərbçiləri fələstinli gəncləri vurdu


İsrail hərbçilərinin iki gənc fələstinlini vuraraq öldürdüyü bildirilir.

Bu barədə “Reuter” polisə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisə Qüds şəhəri yaxınlığında, nəzarət buraxılış məntəqələrindən birində baş verib.

İki fələstinli gəncin NBM-ə hücum etdiyini görən İsrail hərbçiləri çıxış yolunu atəş açmaqda görüblər. Hətta, onların fələstinliləri vurmadan əvvəl havaya bir neçə dəfə xəbərdarlıq üçün atəş açdıqları da vurğulanır. Gənclərin hər ikisi aldıqları güllə yarasından dünyasını dəyişib.

Qeyd edək ki, bundan əvvəl İsrail hərbçiləri İordan çayının qərb sahilində reyd apararkən HƏMAS-la əlaqədə olmaqda şübhəli bilinən 29 fələstinlini həbs etmişdi.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR