Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt gəncləri ilə maarifləndirici görüş keçirilib (FOTO)

Sumqayıt gəncləri ilə maarifləndirici görüş keçirilib (FOTO)


Aprelin 24-də Sumqayıt Gənclər Evində gənclərlə maarifləndirici görüş keçirilib. Görüşün məqsədi gənclərin dövlət qulluğuna cəlb edilməsi olub.

Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında təsbit olunmuş peşəkar və bilikli gənclərin dövlət qulluğunda və idarəetmədə sayının artırılması istiqamətində bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, qeyd edib ki, bu gün idarəetmə bacarığı ilə seçilən intellektual, müasir dünyagörüşlü yeni nəsil yetişməkdədir. Gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, eləcə də digər sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfəsini verir.

DQMK-nın şöbə müdiri Afaq Hüseyn Komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti, qarşısında duran vəzifələri, dövlət qulluğuna qəbul prosesi və bu sahədə son dövrlərdə həyata keçirilən islahatlar barədə çıxış edib. A.Hüseyn qeyd edib ki, keçirilən müsabiqələrdə iştirakçıların 80%-ni gənclər təşkil edir. O həmçinin, bildirib ki, Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 5022 nəfər dövət qulluğu vəzifələrinə təyin olunub.

Komissiyanın əməkdaşı Anar Mirzəyev video-təqdimatla çıxış edərək, dövlət qulluğuna qəbul qaydaları, müsabiqəyə təqdim olunan vakant vəzifələrin tutulması şərtləri barədə ətraflı məlumat verib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR