Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)


Aprelin 20-də Xudat şəhərində, N saylı hərbi hissədə “Şahin” hərbi-idman oyunu üzrə yarışların zona birilinciliyi keçirilib.

Sumqayıt şəhəri, Quba, Qusar, Abşeron, Şabran, Siyəzən və Qubadlı rayonlarının ümumtəhsil məktəblərinin VIII və X sinif şagirdlərindən ibarət komandaların iştirak etdiyi yarışda Sumqayıt şəhərini Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “Şahin”ləri təmsil ediblər.

“Şahinlər” 8 mərhələdə: sıra hazırlığı, darağa patron doldurma və boşaltma, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açma, fiziki hazırlıq, maneələrin dəf olunması, mülkü müdafiə və sanitarların yarışmasında qüvvəsini sınayıb.

Komandalar tərkibi 10 oğlan və 4 qız olmaqla 14 nəfərlik heyətlə yarışmada mübarizə aparıb. Zona birinciliyində müvafiq olaraq I , II və III yeri Sumqayıt, Qusar və Quba rayon komandaları tutublar.

Zona birinci və ikincisi olan Sumqayıt və Qusar rayon komandaları “Şahin” hərbi-idman oyununun may ayında C.Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək Respublika finalında iştirak hüququ qazanıblar.

Sonda qaliblərə Gənclər və İdman Nazirliyin fəxri fərmanları və kubokları təqdim edilib.

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)

Sumqayıt "Şahin"ləri yarışın birincisi oldu (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR