Sumqayıtda hava

Manşet, Cəmiyyət

Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək

Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri cənab Ömər Çeliyin rəhbərliyi altında qardaş ölkənin tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər.

Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək


Azərbaycan Respublikasında Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək

2014-cü il noyabr ayının 22-dən 27-dək Azərbaycan Respublikasında Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək. İlk dəfə olaraq keçiriləcək Mədəniyyət Günləri ilə əlaqədar Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri cənab Ömər Çeliyin rəhbərliyi altında qardaş ölkənin tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər.
Tədbir çərçivəsində 23 noyabr tarixində Heydər Əliyev Mərkəzində "Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu İstanbul Tarixi Türk Musiqisi Topluluğu" Konserti, 24-27 noyabr tarixində Muzey Mərkəzində Əl sənətləri" (gümüş, bakır, çinicilik, naxış, ebru, şüşə üfləmə) və "Qadın Başlığı", "Türkiyədən Rənglər" foto-sərgiləri, 25 noyabr tarixində Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi", noyabr ayının 25-də və 26-da Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sever" və "Yozgat Bules" filmlərinin nümayişi, noyabr ayının 26-da və 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış keçiriləcəkdir.

Mədəniyyət Günlərinin proqramını aşağıdakı əlavədən yükləmək olar.

1. “Azərbaycan Respublikasında Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günlərinin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu
İstanbul Tarixi Türk Musiqisi Topluluğu” Konserti (Heydər Əliyev Mərkəzi - 23 noyabr, 19:00, Bakı şəhəri, H.Əliyev prospekti, 1)
2. “Əl sənətləri” (gümüş, bakır, çinicilik, naxış, ebru, şüşə üfləmə) və “Qadın Başlığı”, “Türkiyədən Rənglər” foto-sərgiləri (Muzey Mərkəzi 24-27 noyabr, 17:00, Bakı şəhəri, Neftçilər prospekti, 123A)
3. “Aşıqların deyişməsi” (Dövlət Mahnı Teatrı, 25 noyabr, 17:00, Bakı şəhəri, R.Behbudov küçəsi, 12)
4. “Aşk Tesadüfleri Sever” filminin nümayişi (Nizami Kino Mərkəzi, 25 noyabr , 19:00, Bakı şəhəri, Bülbül prospekti, 20)
5. “Yozgat Bules” filminin nümayişi (Nizami Kino Mərkəzi, 26 noyabr, 14:00, Bakı şəhəri, Bülbül prospekti, 20)
6. “Nereye” tamaşasına baxış (Azərbaycan Akademik Milli Dram Teatrı, 26 noyabr, 20:00, Bakı şəhəri, Füzuli Meydanı, 1)
7. “Meraklısı için Öyle Bir Hikaye” tamaşasına baxış (Azərbaycan Akademik Milli Dram Teatrı, 27 noyabr, 20:00, Bakı şəhəri, Füzuli Meydanı, 1)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR