Sumqayıtda hava

Cəmiyyət

Misir Mədəniyyət Mərkəzi gənc azərbaycanlı rəssamları mükafatlandırıb



Bakıdakı Misir Mədəniyyət Mərkəzində 2012/2013-cü illərdə Misir Ərəb Respublikasında keçirilən “Misir dünya uşaqlarının gözündə” mövzusunda rəsm müsabiqəsində uğur qazanan azərbaycanlı gənc istedadların mükafatlandırılması mərasimi olub.

Qurumun direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Misirdə hər il ənənəvi olaraq keçirilən bu beynəlxalq rəsm müsabiqəsinin məqsəd və əhəmiyyətindən danışıb.

Sonra Bakı Rəsm Qalereyasının rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldəniz Babayev, Azərbaycan Milli Elmlər Akademiyası Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Pərvinə Əfəndiyeva iştirakçıları təbrik edib, uğurlar arzulayıblar.

Müsabiqədə iştirak edən 15 azərbaycanlı gənc istedad Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən iki qızıl, iki gümüş medala və sertifikatlara layiq görülüblər.

Tədbirdə ölkəmizi bu rəsm müsabiqəsində təmsil edən Sumqayıt şəhəri, Quba, Lənkəran, İsmayillı və digər rayonların incəsənət məktəblərindən olan qaliblər, həmin məktəblərin nümayəndələri iştirak ediblər.

AZƏRBAYCAN QƏZETİ





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR