Sumqayıtda hava

Faydalı

Saçlar niyə tökülür? (ARAŞDIRMA)

Saçlar niyə tökülür? (ARAŞDIRMA)


Proteinin və H vitamininin çatışmamazlığı – saç tökülməsinin ən mühüm amillərindən sayılır. Saça lazım olan proteinlər yumurtada, inək ciyərində, göbələklərdə, balıqda, ispanaqda, toyuğun filesində olur.

Bəs saç tökülməsinin qarşısını necə ala bilərik?

1. Yemək menyusuna proteinlə zəngin qidaları daxil etmək. O cümlədən: az yağlı əti, balıq yeməklərini, soyanı və yuxarıda saydığımız qidaları.

2. Az miqdarda da olsa, karbohidrat qəbul edin. Karbohidratlar enerjinin əsl mənbəyini təşkil edirlər. Əzələ inkişafına yardım edər. Buna saçlar da daxildir. Karbohidratların tərkibində B qrup vitaminləri olduğu üçün saçlar üçün faydalıdır.

3. Lazım olan miqdarda yeməklərinizdə yağ qəbul edin. Yağlar enerji istehsalında istifadə olunar. Yağlar həm heyvan mənşəli qidalarda mövcuddur, həm də bitki mənşəli. Bütün bədəniniz, eləcə də saçlarınızın lazım olan qədər yağa ehtiyacı vardır.

4. Müxtəlif çeşidli yeməklərə üstünlük verin. Sağlam və təbii qidalara üstünlük verin. Yaxşı olar ki, kalorisi az olsun.

5. H vitamininin çatışmaması saçların tökülməsinə səbəb olar. H vitamini ən çox yumurtada, gül kələmində, ispanaqda, toyuq filesində, pendirdə, quru meyvələrdə, göbələkdə, balıqda olar.

6. B6 və B12 vitaminləri. Bu vitaminlər saçın sağlam olması üçün zəruridir. Tərkibində B6 vitamini olan qidalar bunlardır: ispanaq, bibər, şalğam yarpağı. Tərkibində B12 vitamini olan qidalar bunlardır: ciyər, pendir, yumurta, dana əti, toyuq, qoyun əti, balıq, süd və qatıq məhsulları.

7. Fol turşusu. Siz gərək hər gün fol turşusunu qəbul edəsiniz. Fol turşusu ən çox bu qidalarda olur: yumurtanın ağında, paxla bitkilərində, badamda və quru meyvələrdə. Tərkibində fol turşusu olan meyvə və tərəvəzlər bunlardır: ispanaq, çuğundur, brokkoli, brussel kələmi, kələm, şaftalı, portağal və banan.

Xezerxeber.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR