Sumqayıtda hava

Cəmiyyət

Məktəbli taekvandoçularımız zona yarışında mübarizə aparıb (FOTOLAR)

Məktəbli taekvandoçularımız zona yarışında mübarizə aparıb (FOTOLAR)


Aprelin 27-də Quba Uşaq Gənclər İdman Məktəbində uşaq və yeniyetmələr arasında taekvando idman növü üzrə zona yarışı keçirilib.

“Bakı-2015” ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində keçirilən zona yarışına Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron rayonlarının və Sumqayıt şəhərinin komandaları qatılıblar. Yarışda 100 nəfərdən artıq idmançı 9 çəki dərəcəsində mübarizə aparıb.

Yarışlarda ilk üç yeri tutan idmançılara Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub.

İlk Avropa Oyunları ərəfəsində ölkədə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları aprelin 21-də başlayıb və mayın sonunadək davam edəcək.

Məktəbli taekvandoçularımız zona yarışında mübarizə aparıb (FOTOLAR)

Məktəbli taekvandoçularımız zona yarışında mübarizə aparıb (FOTOLAR)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR