Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı yazıçının “AND”ı (FOTOLAR)

Sumqayıtlı yazıçının “AND”ı (FOTOLAR)


Sumqayıtda, Səməd Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında Süleyman Hüseynovun müəllifi olduğu “AND” romanının təqdimatı və imza günü keçirilib. Tədbirdə yazarın qələm dostları iştirak ediblər.

Respublikanın əməkdar jurnalistləri Eyruz Məmmədov və Rafiq Oday, filologiya elmləri doktoru, ədəbi tənqidçi Vaqif Yusifli, “Kaspi” qəzetinin poeziya şöbəsinin redaktoru Dayandur Sevgin, “Ulduz” jurnalının məsul işçisi, şairə Fərqanə Mehdiyeva, Dövlət mükafatı laureatı, əməkdar mühəndis Təbrik Quliyev və digərləri çıxış edərək, S.Hüseynovun yaradıcılığına nəzər salıb, “AND” romanı haqqında fikirlərini bölüşüblər.

Bildirilib ki, bu roman vətənpərvərlik mövzusunda yazılıb, Qarabağ müharibəsindən bəhs edir. Eyni zamanda, sevgi, millətlərarası münasibətlər, daxili və xarıcı siyasət məsələləri romanda əksini tapıb.

Sonra yazar sualları cavablandırıb, tədbir iştirakçıları üçün kitabını imzalayıb.

Sumqayıtlı yazıçının “AND”ı (FOTOLAR)

Sumqayıtlı yazıçının “AND”ı (FOTOLAR)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR