Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt kimyaçıları minə yaxın ağac əkiblər (FOTOLAR)

Sumqayıt kimyaçıları minə yaxın ağac əkiblər (FOTOLAR)


“Azərikimya” İstehsalat Birliyinin müəssisələrində aprel ayında sonuncu şənbə iməciliyi keçirilib. Növbəti iməcilikdə Etilen-polietilen zavodunun, Təmir-tikinti idarəsinin və Birliyin İdarəetmə aparatının ümumilikdə 550 nəfər əməkdaşı iştirak edib.

Zavodun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin bioremediasia üsulu ilə təmizlənən 4 hektar ərazisində 970 ədəd Şərq çinarı, nar, melya, həmişəyaşıl, sərv, şam, əncir, gilanar, badam və digər ağac növləri əkilib.

İməcilik zamanı, həmçinin bir hektardan çox sahə alaq otlarından təmizlənib, ağaclara aqrotexniki qulluq göstərilib.

Sumqayıt kimyaçıları minə yaxın ağac əkiblər (FOTOLAR)

Sumqayıt kimyaçıları minə yaxın ağac əkiblər (FOTOLAR)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR