Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda səyyar kitab sərgisi keçirildi

Sumqayıtda səyyar kitab sərgisi keçirildi


Sumqayıt Bülbül adına Uşaq İncəsənət Məktəbində ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunan səyyar sərgi təşkil edilib. Sərgi şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxana və 7 saylı uşaq kitabxana filialının təşkilatçılığı ilə reallaşıb. Sərgidə 400-dək ədəbiyyat nümayiş etdirilir.

Bülbül adına Uşaq İncəsənət Məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi Lətafət Müfitzadə bildirib ki, sərgidə Mərkəzi Kitabxananın fondunda olan incəsənətin müxtəlif sahələrinə dair kitablar, not əsərləri, Heydər Əliyev Fondunun nəşrlərindən “Muğam ensiklopediyası”, eyni zamanda, “Ustad xanəndələr”, “Gənc xanəndələr”, “Muğam dəstgahları”, “Qarabağ xanəndələri” kimi elektron nəşrlər, uşaq kitabları nümayiş etdirilir.

L.Müfitzadə qeyd edib ki, müxtəlif yerlərdə belə səyyar sərgilərin təşkili şəhər əhalisi arasında kitaba marağın daha da artmasına və kitabxanalara daha çox oxucunun cəlb edilməsinə şərait yaradır. Sərgi həm məktəbin müəllimləri, həm də şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR