Sumqayıtda hava

Cəmiyyət

SDU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

SDU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib


Aprelin 24-də Sumqayıt Dövlət Universitetində Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” adlı maarifləndirmə tədbiri keçirilib.

SDU-nun Mətbuat Xidmətinin verdiyi məlumata əsasən, QAC Sumqayıt şəhər bölməsinin rəhbəri Mətanət Məhərrəmova bildirib ki, belə görüşlərin təşkili gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədi daşıyır. O, insan alveri, zorakılıq, həmin hallara qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verdi, insan alverinə qarşı mübarizədə ictimaiyyətin rolunu qeyd edib.

Könüllü Gülnar Tanrıverdiyeva insan alverinin vətəndaş hüquqlarının pozulması və şəxsiyyətə qarşı cinayət olduğu və onlara qarşı mübarizə tədbirlərindən söz açıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR