Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sürücüləri sevindirən xəbər (FOTOLAR)

Sürücüləri sevindirən xəbər (FOTOLAR)


Bakı Dairəvi yolunun Lökbatan dairəsindən şəhər istiqamətinə doğru olan hissəsində nəqliyyatın hərəkəti bərpa edilib.

"Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə Bakı Dairəvi yolunda təmir-tikinti işləri davam etdirilir. Yolun şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsinin 10 kilometrində təmir işləri artıq yekunlaşıb. 4 kilometrlik hissədə isə təmir-tikinti işləri davam etdirilir. Hələlik sürücülər yolun məhz təmir olunmuş hissəsindən, yəni “maşın bazarı” istiqamətinə doğru çıxan yola qədər istifadə edə bilirlər. Bakı Dairəvi yolu ilə şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri “maşın bazarı” istiqamətinə çıxmaqla rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər. “20 Yanvar” dairəsinə, Biləcəri qəsəbəsi və Sumqayıt şəhərinə doğru hərəkət edən nəqliyyat vasitələri isə yolun 9,5 kilometrlik hissəsində yaradılmış keçiddən istifadə edərək Bakı Dairəvi yolunun əks istiqamətinə çıxmaqla hərəkət edə bilərlər.

Qeyd edək ki, Bakı Dairəvi yolunun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissəsi qazılaraq çıxarılıb, həmin hissədə yeni yol yatağı salınıb. Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə 175 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb. Yolda təmir tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və işlərin mayın 5-dək yekunlaşdırılması nəzərdə tutulub.

Sürücüləri sevindirən xəbər (FOTOLAR)

Sürücüləri sevindirən xəbər (FOTOLAR)

Sürücüləri sevindirən xəbər (FOTOLAR)

Sürücüləri sevindirən xəbər (FOTOLAR)

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR