Sumqayıtda hava

Cəmiyyət

Tələbələr üçün yeni iş yerləri

Tələbələr üçün yeni iş yerləri


Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə aprelin 30-da Azərbaycan Texniki Universitetində aktiv məşğulluq tədbirinin keçirilməsi planlaşdırılır.

"Karyerada ilk addım" devizi altında təşkil olunan tədbir yuxarı kurslarda təhsil alan tələbələr və əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumatların yaradılmasına xidmət edir.

Tədbir zamanı tələbə və məzunlar əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə edəcək və istəklərinə uyğun olaraq onlara həmin vakansiyalar üzrə göndərişlər veriləcək. Həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanacaqlar. İl ərzində ölkənin digər ali təhsil müəssisələrində də belə tədbirlərin təşkili nəzərdə tutulur.

Ötən il ərzində gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki, Abşeron və Lənkəran rayonlarındakı ali təhsil müəssisələrində 10 aktiv məşğulluq tədbiri keçirilib. Həmin tədbirlər nəticəsində 185 nəfər gənc münasib işlə təmin edilib.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR