Sumqayıtda hava

Dünya

Erməni terrorçunun başını kəsən azərbaycanlının adına küçə (VİDEO)

Erməni terrorçunun başını kəsən azərbaycanlının adına küçə (VİDEO)


Türkiyədə küçələrin birinə Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri, Milli qəhrəman İbad Hüseynovun adı verilib.

Azərbaycanın ən tanınmış qəhrəmanlarından birinin adını daşıyan küçə paytaxt Ankarada, Gölbaşı rayonundadır.

Mərasimdə iştirak edən Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Cəlal Güzəl Türkiyə və Azərbaycanaın tək millət iki dövlət olduğunu bir daha xatırladıb.

"Türk milləti hər zaman Azərbaycanın arxasındadır. Heç vaxt Ermənistan üçün Azərbaycanı yarı yolda qoymarıq. Soyqırıma biz məruz qalmışıq. Amma bunu bağışlaya bilərik. Tək bir şərtlə. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Sonra biz iki milyon ermənini yedizdirərik onsuzda. Qarabağın işğalı mütləq şəkildə bitməlidir. Ondan sonra münasibətlər düzələ bilər".

Ad vermə mərasimində İ.Hüseynov özü də iştirak edib. O, bu addıma görə Gölbaşı bələdiyyəsinə təşəkkür edib.
"Savaşmaq hər bir türkün, hər bir gəncin millətinə borcudur".

Qeyd edək ki, İbad Hüseynov 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanın Xocavənddə başını kəsərək öldürmə iddiası ilə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli film çəkilib.


ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR