Sumqayıtda hava

Cəmiyyət

Çoxdan gözlənilən yenilik (FOTO)

Çoxdan gözlənilən yenilik (FOTO)


Bakının ictimai nəqliyyatında gediş haqqının ödənilməsi üçün vahid ödəniş kartları yaxın günlərdə istifadəyə veriləcək.

“Bakı Kart” hesabının doldurulması üçün terminallar artıq Bakı metrosunun bir neçə stansiyalarında quraşdırılıb. Hazırlıq Nəqliyyat Nazirliyi, “Bakubus” MMC və Bakı Metropoliteni tərəfindən görülür.

Vahid ödəmə kartını həm metropoliten, həm də avtobuslarda istifadə etmək mümkün olacaq. Yeni kartın qiyməti 2 manat olacaq. İlkin mərhələdə metroda gediş üçün hazırda istifadə edilən kartlarla bərabər yeni kartlardan da istifadə ediləcək.

Hazırda paytaxtın 29, 52, 10 saylı avtobuslarında gedişhaqqını kart vasitəsilə ödəmək mümkündür. Nağdsız ödəniş sistemi mayın sonuna 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək.

Qeyd edək ki, avtobuslarda gediş haqqıları bir müddət həm nağd, həm də kart vasitəsilə ödənilə bilər.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR