Sumqayıtda hava

Cəmiyyət

Zərifə xanım Əliyeva SDU-da anılıb

Zərifə xanım Əliyeva SDU-da anılıb


Aprelin 28-də Sumqayıt Dövlət Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

SDU-nun Mətbuat Xidmətinin verdiyi məlumata əsasən, Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rektor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq, Ulu öndər Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım ilə bağlı xatirələrindən danışıb. O, qeyd edib ki, üç böyük tarixi şəxsiyyətin – görkəmli dövlət xadimi Əziz Əliyev, Ümummilli lider Heydər Əliyev və Prezidentimiz cənab İlham Əliyevin həyatında silinməz izi olan Zərifə xanım ən çox ailə və övlad dəyərləri ilə yaşayırdı. Bununla yanaşı insanlara dünya işığı verən həkim sənətini davam etdirirdi.

Rektor Zərifə xanım Əliyevanın ömür yoluna qısa nəzər yetirib.

E.Hüseynov qeyd edib ki, böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib, bir sıra orden və medallara layiq görülüb, əməkdar elm xadimi fəxri adını alıb.

Tibbi biliklər və mülkü müdafiə kafedrasının müdiri Tahir Xəlilov, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, əməkdar jurnalist Avtandil Ağbaba, SDU-nun YAP Gənclər Təşkilatının sədri Səma Əsədova Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə barədə məruzə ilə çıxış ediblər.

Sonda “Elegiya” adlı sənədli film nümayiş olunub.

Zərifə xanım Əliyeva SDU-da anılıb

Zərifə xanım Əliyeva SDU-da anılıb





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR