Sumqayıtda hava

Cəmiyyət

Bakı, Sumqayıt və Xırdalanda MMMC-lər yaradılacaq

Bakı, Sumqayıt və Xırdalanda MMMC-lər yaradılacaq


Aprelin 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) idarə olunması və fəaliyyətinin tənzimlənməsi" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

"YeniSumqayit.az"ın Nazirliyə istinadla verdiyi xəbərə əsasən, tədbirdə İSN ilə yanaşı, beynəlxalq təşkilatların, bələdiyyələrin və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin, eləcə də çoxmənzilli binaların idarə olunması üzrə təşəbbüs qruplarının nümayəndələri iştirak etmişdir.

Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov çoxmənzilli binaların mülkiyyətçiləri arasında, eləcə də yeni yaradılan MMMC-lərin idarəedici şəxslərinin yeni mənzil münasibətləri sahəsində biliklərinin artırılması məqsədilə həyata keçirilən maarifləndirmə işləri barədə məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Mənzil Məcəlləsi mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşması, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır. Məcəllə vətəndaşlara əmlak hüquqlarını həyata keçirmək üçün əlverişli imkan yaradır. Aparılan islahatlar nəticəsində çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar indiyədək Bakı şəhərində 7 MMMC qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Hazırda Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 20-dən artıq MMMC-nin yaradılması istiqamətində işlər aparılır. Qeyd edilmişdir ki, bugünkü seminar belə idarəedici qurumların sayının artırılması, fəaliyyətlərinin təşkili və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Pərviz Yusifov mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və çoxmənzilli binaların idarə olunması sahəsində Avropa İttifaqı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin uğurla əməkdaşlıq etdiyini bildirmiş, "Azərbaycanın mənzil sektorunda islahatlara yardım" layihəsi çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışmışdır.

Layihənin rəhbəri Cerzy Fiszer çoxmənzilli binaların idarə olunmasının əsasları və üsulları, MMMC-lərin üstünlükləri, sahələrin yararlı vəziyyətdə saxlanması, təmiri və abadlaşdırılması, xərclərin hesablanması və yaşayış sahəsinin saxlanması haqqının müəyyənləşdirilməsi ilə bağlı Avropa təcrübəsi barədə təqdimatla çıxış etmişdir.

Layihənin eksperti Azad Talıbov çoxmənzilli binaların MMMC tərəfindən idarə olunmasının hüquqi aspektləri və mənzil qanunvericiliyinin tələblərinə dair, Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov isə MMMC-lərin yaradılmasına dövlət dəstəyi barədə məruzələrlə çıxış etmişlər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.

Bakı, Sumqayıt və Xırdalanda MMMC-lər yaradılacaq





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR