Sumqayıtda hava

Cəmiyyət

Bakı-2015: Məşəl Lənkəran səyahətini bitirib, Lerik və Astaraya yollanır

Bakı-2015: Məşəl Lənkəran səyahətini bitirib, Lerik və Astaraya yollanır


İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarının məşəli növbəti səfərinə çıxıb.

Atəşgahda alovlandırılan məşəl Naxçıvanın ardınca Lənkərana gətirilib. Avropa Oyunlarının rəmzi bu şəhərə səyahəti çərçivəsində Göyşaban kəndində Xalq Sənətkarlığı Şəhərciyini gəzib. Pərviz Qasımzadə (yunan-Roma güləşi üzrə gənclər arasında Avropa və dünya çempionu), Toğrul Məmmədli (ağır atletika üzrə Azərbaycan çempionu) və Ceyhun Məmmədovun (FİDE ustası, hakim) daşıdığı məşəl ardınca Stalinin dustaq olduğu və gizli yeraltı keçidlə qaçdığı qalaya birləşən “Mayak”da və Haftoni qəsəbəsində çay plantasiyasında olub.

Xəzər dənizi və Talış dağları arasında yerləşən şəhərdə estafet saat 19:45-də start götürüb. İlk olaraq məşəllə qaçan Qasımzadə ardınca 11 məşəlçi ilə 4,8 km məsafəni qət ediblər. Estafetdə onlara idman elçisi Suğra Müqabilzadə və ulduz elçisi Hacı Nuran da qoşulub. Yekunda Məlahət Tağıyeva (atlet) Lənkəran şəhər icra başçısı Taleh Qaraşovla birgə simvolik məşəli alovlandırıblar.

Bunun ardınca ərazisinin böyüklüyünə görə Azərbaycan şəhərləri arasında dördüncü olan Lənkəranda da Alov festivalı keçirilib. Nəfis memarlıq və füsunkar təbiət landşaftları ilə zəngin olan şəhərlərimizdə tədbir 20:45-də başlayıb. Heydər Əliyev parkında baş tutan festivalda konsert proqramı və alovla şoular göstərilib. Əsasən çayına görə tanınan, subtropik iqlimi sitrus meyvələri, düyü, üzüm və tütünün becərilməsi üçün münbit şəraitə malik Lənkəranda tədbir təxminən 22:05-dək davam edib. Minlərlə şəhər sakininin izlədiyi festival Naxçıvanda olduğu kimi atəşfəşanlıqla başa çatıb.

Məşəlin növbəti səfəri Lerik və Astaraya olacaq. Burada Oyunlarının qarşılanma mərasimi mayın 1-nə təsadüf edəcək.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

APA





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Shoot, so that's that one susepspo.
Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
This info is the cat's <a href="http://jubidhv.com">pasajam!</a>
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR