Sumqayıtda hava

Cəmiyyət

Etibarnamə ilə maşın alanların diqqətinə: Avtomobilinizi itirə bilərsiniz (VİDEO)

Etibarnamə ilə maşın alanların diqqətinə: Avtomobilinizi itirə bilərsiniz (VİDEO)


Vətəndaşların çoxu maşın alarkən onu öz adına keçirmək yerinə etibarnamə ilə əldə etməyə üstünlük verirlər. Bu vəziyyət isə üzərindən illər keçməsinə baxmayaraq ciddi problemlərə, hətta avtomobilin itirilməsinə səbəb ola bilər.

Avtomobillərin etibarnamə əsasında satılması Azərbaycanda adi bir hala çevrilib. Səbəb isə bunun daha asan və ucuz başa gəlməsidir.Alıcı elə düşünür ki etibarnaməni və texniki pasportu alıbsa artıq avtomobil ona məxsusdur. Amma bu avtomobilin hüquqi olaraq satılması demək deyil.

Bir sözlə bu üsulla avtomobil alan şəxslər ümidini birmənalı olaraq onu satan adamın vicdanına bağlayır. Maraqlısı budur ki bəzən hətta həmin şəxsin vicdanı da köməyə gəlməyə bilər. Məsələn avtomobilin hüquqi sahibinin hər hansı bir hüquqi müstəvidə maddi öhdəliyi yaranarsa məhkəmə qaydasında həmin avtomobil müsadirə oluna bilər. Bu zaman əsas ziyan onu alan ikinci şəxsə dəyir.

Əsas problemlərdən biri də odur ki, əgər etibarnamə əsasında avtomobili satan şəxs dünyasını dəyişərsə həmin mülk üzərindəki hüquq onun varislərinə keçir. Yəni onun övladları yaxud həyat yoldaşı istədiyi vaxt həmin avtomobili de fakto sahibinin əlindən ala bilər.

Avtomobil sahiblərinin əksəriyyəti də hesab edir ki əslində etibarnamə ilə avtomıobil almaq ən etibarsız üsuldur.


Xezerxeber.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR