Sumqayıtda hava

Redaktorun Seçimi, İqtisadiyyat

Sumqayıtda həyata keçirilən layihə üçün iki milyard dollar

Sumqayıtda həyata keçirilən layihə üçün iki milyard dollar


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiyanın Qazprombank Açıq Səhmdar Cəmiyyəti arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən “SOCAR POLYMER” layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb. Sənədə əsasən ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədi ilə həyata keçirilən bu layihəyə Qazprombank ASC tərəfindən 420 milyon dollar kredit ayrılıb.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev dekabrın 13-də Qazprombank ASC-nin idarə heyətinin sədri Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. R.Abdullayev qonağa Dövlət Neft Şirkətinin son dövrdə əldə etdiyi nailiyyətlərdən danışıb, şirkətin qarşıdakı illərdə həyata keçirəcəyi regional və qlobal əhəmiyyətli layihələr barədə məlumat verib.
A.Akimov ölkəmizdə baş vermiş sosial-iqtisadi dəyişiklikdən böyük təəssüratlar aldığını söyləyib, Azərbaycanın enerji sektorunda böyük irəliləyişlər əldə olunmasından məmnunluğunu bildirib. A.Akimov ARDNŞ-in qısa müddətdə böyük nüfuz qazandığını və buna görə də rəhbərlik etdiyi bankın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Görüşdə Sumqayıtda həyata keçirilən Kimya Sənaye Parkı layihəsi, habelə ARDNŞ-in yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi haqqında təqdimatlar olub. Təqdimatlarda layihələrin məqsədi, perspektivləri, maliyyə mənbələri və işlərin hazırkı gedişi haqqında ətraflı məlumat verilib.
Qazprombank ASC idarə heyətinin sədri bildirib ki, ARDNŞ-in mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb. 10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan ARDNŞ-ə bəslənilən inamın və etimadın bariz göstəricisidir.
Tədbirdə Qazprombank ASC tərəfindən ARDNŞ üçün 2 milyard dollar həcmində kredit limitinin açıldığı qeyd olunub.

Sumqayıtda həyata keçirilən layihə üçün iki milyard dollar


AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR