Sumqayıtda hava

Cəmiyyət

“Azərkimya” İB-nin sədri Almaniyada səfərdə olub (FOTOLAR)

“Azərkimya” İB-nin sədri Almaniyada səfərdə olub (FOTOLAR)


“Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev aprelin 28-də SOCAR-ın nümayəndə heyətinin tərkibində Almaniyada işgüzar səfərdə olub.

Səfər çərçivəsində Almaniyanın Düsseldorf şəhərində SOCAR və “E.ON” şirkətləri arasında “Əlaqələndirmə Komitəsinin 2-ci görüşü” keçirilib.

Görüşdə M.Babayev müəssisənin fəaliyyəti, həyata keçirilən genişmiqyaslı modernləşdirmə işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

O bildirib ki, 2015-2019-cü illəri əhatə edən modernləşdirmə tədbirləri enerji istifadəsində səmərəliliyin və istehsalın artırılmasına səbəb olacaqdır. Bundan başqa, M.Babayev Sumqayıt Kimya Parkı, Neft-Qaz Neft-Kimya Kompeksi layihələri, Heydər Əliyev adına Neftayırma zavodunun modernləşdirilməsi, Karbamid zavodunun inşası, eləcə də Azərbaycanın kimya sənayesinin müasir durumu haqqında söz açıb.

Tədbirin sonunda hər iki şirkət arasında 2015-ci il üçün “Texniki, Peşə hazırlığı və korporativ sosial məsuliyyət sahələri” üzrə Anlaşma, eyni zamanda Bakı Ali Neft Məktəbi ilə RTWH Aachen universitetləri arasında əməkdaşlığa dair Anlaşma imzalanıb.

“Azərkimya” İB-nin sədri Almaniyada səfərdə olub (FOTOLAR)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR