Sumqayıtda hava

İqtisadiyyat

SOCAR prezidenti qonaqlara Sumqayıt Kimya Texnoparkı barədə məlumat verib

SOCAR prezidenti qonaqlara Sumqayıt Kimya Texnoparkı barədə məlumat verib


Aprelin 29-da SOCAR prezidenti Rövnəq Abdullayevin Belçika Krallığı federal hökumətinin xarici ticarət üzrə dövlət katibi Piter de Kremin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Rövnəq Abdullayev qonaqlara SOCAR-ın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayıb.

SOCAR prezidenti Azərbaycanda xarici investisiyaların qorunduğunu və təşviq edildiyini, əməkdaşlıq üçün əlverişli mühitin olduğunu diqqətə çatdırıb və xarici sərmayələrin iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Sumqayıt Kimya Texnoparkı haqqında qonaqlara məlumat verib. O bildirib ki, bu layihələrin iştirakçılarına dövlət tərəfindən əhəmiyyətli güzəştlər edilir.

Rövnəq Abdullayev Belçika şirkətlərini SOCAR-ın layihələri ilə bağlı elan olunan tenderlərdə iştiraka dəvət edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

SOCAR prezidenti qonaqlara Sumqayıt Kimya Texnoparkı barədə məlumat verib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR