Sumqayıtda hava

Cəmiyyət

SDU tələbələrinə “Kapital bazarı” təlimi keçirilib

SDU tələbələrinə “Kapital bazarı” təlimi keçirilib


Aprelin 28-də Sumqayıt Dövlət Universitetində “Kapital bazarı” mövzusunda təlim keçirilib.

SDU-nun Mətbuat Xidmətinin məlumatına əsasən, təlim Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı İxtisasartırma Kursları tərəfindən İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təşkil edilib.

Təlim mərkəzinin metodisti Elcan Məmmədov qarşıya qoyulan məqsədlər barədə tələbələrə ətraflı məlumat verib, qiymətli kağızlar bazarı iştirakçılarının ixtisaslarının artırılmasını, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının sertifikasiya proqramlarının hazırlanmasını, əhalinin qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilməsi mövzusunda mühazirələr dinlənilib.

Sonda tələbələri maraqlandırılan suallar cavablandırılıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR