Sumqayıtda hava

İqtisadiyyat

Belçika şirkəti Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir

Belçika şirkəti Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir


Aprelin 30-da Belçika Krallığının xarici ticarət üzrə dövlət katibi Pieter De Kremnin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Belçika Biznes Forumu keçirilib.

Biznes forum çərçivəsində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları Belçikanın “ZingaMetall” şirkətinin marketinq direktoru Eugene Dubois ilə görüşüblər.

Görüşdə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq imkanları müzakirə edilib, qonaqlara SKSP-də rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “ZingaMetall” şirkəti köhnə, yeni və sinklənmiş polad konstruksiyaların paslanmadan qorunması üçün unikal sink metal örtüklərin istehsalının Sumqayıt Kimya Sənaye Parkının ərazisində qurulmasına maraq göstərir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR