Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Almaniyada Azərbaycan günü keçiriləcək

Almaniyada Azərbaycan günü keçiriləcək


Dekabrın 20-də Almaniyanın Yena şəhərində “Azerbaijan Culture Day” adlı tədbir təşkil olunacaq. Tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, idman haqqında ətraflı məlumatlar veriləcək. Həmçinin milli geyimlərimiz, Azərbaycan barədə işıq üzü görən kitab, jurnal və fotoşəkillər nümayiş olunacaq.
Tədbir Almaniyanın ən qədim və nüfuzlu universitetlərindən olan Fridrix Şiller adına Yena universitetində baş tutacaq.
Tədbirin təşkilatçısı Almaniyanın Türingiya vilayətində təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılmış “Türingen Azərbaycanlı Tələbələr Assosiasiyası"-dır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR