Sumqayıtda hava

Hadisə

Məktəbli qızı öldürən gənc: "Özümü də öldürəcəkdim, bıçaq qırıldı..."

Məktəbli qızı öldürən gənc: "Özümü də öldürəcəkdim, bıçaq qırıldı..."


Bakının Nizami rayonu ərazisində 11-ci sinif şagirdi Aytac Nazim qızı Babayevanı qətlə yetirən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay istintaq dövrü müddətində həbs edilib.

İzzət Hüseynov ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:
"Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

20 yaşlı İzzət Hüseynov 17 yaşlı Aytac Babayevanı bıçaqladıqdan sonra başını bir neçə dəfə daşa vurub. O, bunu özünə nəzarəti itirməsi ilə əsaslandırıb.

Xatırladaq ki, hadisə Bəhruz Nuriyev küçəsi 81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı istintaq davam edir.

Lent.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR