Sumqayıtda hava

Elan

SOCAR-AQŞ-dən tələbələr üçün yay təcrübə proqramı

SOCAR-AQŞ-dən tələbələr üçün yay təcrübə proqramı


Azərbaycanda qabaqcıl qazma müəssisəsi olan ‘’SOCAR-AQŞ’’ MMC böyük məmnuniyyətlə tələbələr üçün Yay Təcrübə Proqramını elan edir.

Yay Təcrübə Proqramının məqsədi neft və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır. Bununla yanaşı, müəssisə, bu proqramlar vasitəsilə Yay Təcrübə Proqramını uğurla keçmiş tələbələri gələcəkdə potensial işçi kimi dəyərləndirir. Proqram Azərbaycanın ali təhsil müəssisələri üçün açıq elan edilir.

Təcrübə proqramı əsasən SOCAR-AQŞ-nin aşağıdakı struktur bölmələrini əhatə edir:
• Qazma mühəndisliyi şöbəsi
• Geoloji şöbə
• Texniki xidmət (Energetika, Mexanika)
• Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi şöbəsi
• Təchizat bölməsi
• Maliyyə şöbəsi
• İnsan resursları şöbəsi
• Təlim və təkmilləşdirmə şöbəsi
• İdarəetmə sistemləri şöbəsi

SOCAR-AQŞ-nin Yay Təcrübə Proqramında iştirak etmək üçün ərizələrin qəbulu 20 may 2015-ci il tarixinə kimi davam edəcək. Proqrama təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında və magistr dərəcəsində təhsil alan tələbələr müraciət edə bilərlər.

Maraqlanan tələbələrdən müəssisənin müvafiq anket formasını yazıb doldurduqdan sonra həmin formanın skan olunmuş variantını internship@socar-aqs.com elektron poçt ünvanına 20 may 2015-ci il tarixinə kimi göndərmələri xahiş olunur.

Ərizə formasını müəssisənin veb səhifəsindən, ‘’Karyera mərkəzi’’ bölümündən yükləyə bilərsiniz. Anket formasını göndərərkən elektron məktubun «mövzu» (subject) yerinə mütləq «Yay Təcrübə Proqramı» və müraciət olunan struktur bölmənin adını qeyd etmək tələb olunur.

Son müraciət tarixinə qədər daxil olmuş anketlər diqqətlə nəzərdən keçiriləcək və seçilmiş tələbələr sınaq imtahanına və yekun müsahibəyə dəvət olunacaqlar.

Yay Təcrübə Proqramını uğurla bitirən tələbələrə müəssisə tərəfindən sertifikat təqdim olunacaq.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR