Sumqayıtda hava

Elan

AGBank-dan tələbə və məzunlar üçün Yay Təcrübə Proqramı

AGBank-dan tələbə və məzunlar üçün Yay Təcrübə Proqramı


AGBank 2015-ci il Yay Təcrübə Proqramına seçim başlayır!

AGBank Yay Təcrübə proqramı ilə yüksək potensiala malik, işləmək, öyrənərək inkişaf etmək arzusunda olan gəncləri seçim turundan keçdikdən sonra AGBank-da uğurlu karyera qurmaq imkanı gözləyir.

Proqramla Tanışlıq:
• AGBank Yay Təcrübə Proqramı 01 iyun tarixindən 31 avqust 2015-ci il tarixinədək 13 həftə ərzində davam edəcəkdir
• Təcrübə proqramı İT Layihələri və İT Xidmətləri departamentləri üçün nəzərdə tutulub

AGBank Yay Təcrübə Proqramının üstünlükləri:
• Bütün təcrübəçilərə aylıq əmək haqqı ödəniləcəkdir
• Hər bir təcrübəçi üçün təlimçi ayrılacaqdır
• Təcrübə sistematik inkişaf planı əsasında keçiriləcəkdir
• Təcrübəni uğurla keçmiş Təcrübəçilər daimi işlə təmin olunacaqdır/

AGBank-dan tələbə və məzunlar üçün Yay Təcrübə Proqramı


Namizədlər aşağıda göstərilən tələblərə cavab verməlidirlər:
• İT və əlaqədar fakültələrin yuxarı kurs bakalavr və magistr tələbələri və məzunları
• Aşağıda qeyd olunan əsas proqramlaşdırma dillərindən hər hansı birini bilməlidirlər (JAVA, C, C++, C#, Visual Basic).
• SQL üzrə baza bilikləri olmalıdır
• XML və XSL üzrə biliklər arzuolunandır
• UNIX və UNIX-a oxşar sistemlərlə iş təcrübəsi arzuolunandır
• Yüksək səviyyədə Rus dili bilikləri
• Texniki İngilis dili bilikləri(texniki sənədlərin oxunması)
• Analitik təfəkkür
• Alqoritmik düşüncə tərzi
• Özgə kodunu anlama bacarığı
• Effektiv, yaxşı strukturlaşdırılmış kodu yazma bacarığı,layihənin sənədləşdirilməsi
• İcraedicilik
• İnkişafa meyllilik
• Məsuliyyət
• Çalışqanlıq
• Bank sahəsində karyera qurmaq istəyi

Ərizələrin son təqdim olunma tarixi: 7 may 2015-ci il.

Müraciət formasını internship@agbank.az elektron ünvanına göndərin.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR